- Baxış sayı: 48
- 27 İyul 2026 16:25
- Baxış sayı: 38
- İyul 26, 2026
- 0

İspaniyalı pilot Karlos Sayns karyerasını “Uilyams”da davam etdirməyə yaxındır.
Allsport.az xəbər verir ki, komanda Formula-1 pilotuna mövsümə görə 30 milyon avrodan çox maaş nəzərdə tutan yeni müqavilə təklif edib.
Dünya çempionları səviyyəsində hazırlanan müqavilədə maaşla yanaşı, idman nəticələrindən asılı bonuslar da yer alıb.
Sayns üçün “Audi” və “Alpin” variantları artıq gündəmdə deyil.
Karlosun “Uilyams”la hazırkı müqaviləsi 2026-cı il mövsümünün sonunadək qüvvədədir. Daha əvvəl onun həmyerlisi Fernando Alonsonu əvəzləyərək “Aston Martin”ə keçə biləcəyi də iddia olunurdu.