“ATP-500” turnirində iştirak etməyəcək

“ATP-500” turnirində iştirak etməyəcək

Böyük Britaniyalı tennisçi Cek Dreyper “ATP-500” kateqoriyalı Vaşinqton turnirində iştirak etməyəcək.

Allsport.az xəbər verir ki, buna səbəb 147-ci dünya nömrəsinin sol əlindən aldığı zədə olub.

Onun yerini ATP reytinqində 145-ci pillədə qərarlaşan amerikalı Makkenzi Makdonald tutacaq. ABŞ tennisçisi turnirin ilk görüşündə həmyerlisi Aleks Mixelsenlə üz-üzə gələcək.

Dreyper daha əvvəl Vaşinqtonda üçqat “Böyük dəbilqə” çempionu Endi Mürreyin rəhbərliyi altında məşq edərkən görüntülənmişdi. Britaniyalı tennisçi 2025-ci ilin payızından əlindən aldığı zədənin müalicəsini davam etdirir. O, bu il Avstraliya açıq çempionatını, “Rolan Qarros”u və “Uimbldon”u buraxıb. Dreyper zədədən sonra ilk dəfə ötən iyunda İstburnda keçirilən “ATP-250” turnirində korta çıxaraq yarımfinala qədər irəliləyib.

Həmin kateqoriyadan