- Baxış sayı: 35
- 27 İyul 2026 22:56
- Baxış sayı: 38
- İyul 26, 2026
- 0

Milli gimnastika arenasında Azərbaycan güləş federasiyası ilə beynəlxalq “Sülh naminə güləş” təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalandı. Allsport.az saytı xəbər verir ki, məqasimdə ABŞ-ın ölkəmizdə səfirliyinin, “Sülh naminə güləş” təşkilatının, eləcə də yerli və xarici idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Toplantıda ABŞ-ın ölkəmizdə səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Maykl Heket, “Suples məşq sistemləri” şirkətinin təsisçisi İvan İvanov, AGF-nin baş katibi Pərvin Piriyev və “Sülh naminə güləş” təşkilatının icraçı direktoru Den Rassel nitq söylədilər.
Çıxışlarda idmanın beynəlxalq əməkdaşlığın inkişafına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və gənclərin inkişafına verdiyi töhfə vurğulanıb. Sonra tərəflər arasında sazişə imza atıldı. Sənəd gənc idmançılar üçün yeni imkanların yaradılmasını, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsini, məşqçilər və mütəxəssislərin birgə proqramlarda iştirakını, sosial layihədə iştirak, həmçinin güləş vasitəsilə ictimai inkişaf və sülh təşəbbüslərinin dəstəklənməsini nəzərdə tutur.
Toplantı çərçivəsində “Suples məşq sistemləri” şirkətinin təsisçisi İvan İvanov tərəfindən gənc idmançıların hazırlığına dəstək məqsədilə “Zəfər” güləş klubuna 3 ədəd “Bolqar kisəsi” məşq avadanlığı hədiyyə edildi. Sonda mətbuat nümayəndələrinin sualları cavablandırıldı. Tərəflərin təsirli çıxışları, həyatlarında güləşlə bağlı şücaət, məharət, mübarizə, dözümlük anları maraqla qarşılandı.