Bir il döyüşə bilməyəcək

Bir il döyüşə bilməyəcək

UFC-nin sabiq çempionu Konor Makqreqor uzun müddət yaşıl arenalardan kənarda qalacaq.

Allsport.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt məlumat verib.

Onun sözlərinə görə, irlandiyalı döyüşçü Maks Holloueylə qarşılaşmada aldığı zədə səbəbindən təxminən bir il çıxış edə bilməyəcək.

Makqreqor Las-Veqasda keçirilən UFC turnirində döyüşün ilk 65 saniyəsində texniki nokautla məğlub olub. O, qarşılaşmanın əvvəlində dizindən zədə aldığı üçün döyüşü davam etdirə bilməyib.

Dana Uayt bildirib ki, Makqreqorun dizinin ön çarpaz bağı zədələnib. Döyüşçü sosial şəbəkə hesabında əməliyyat olunacağını açıqlayıb və daha sonra döyüşün baş tutmamış hesab edilməsinə çağırış edib.

Həmin kateqoriyadan