“İndi hesab 2:0-dır, 3:0 olacaq”

“İndi hesab 2:0-dır, 3:0 olacaq”

UFC-nin yarımorta çəki dərəcəsi üzrə çempionu İslam Maxaçev qarşıdakı titul döyüşü ilə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, rusiyalı döyüşçü avqustun 16-da UFC 330 turnirində irlandiyalı İan Qerri ilə keçiriləcək qarşılaşmanın Həbib Nurməhəmmədov – Konor Makqreqor rəqabəti ilə müqayisə olunmasına münasibət bildirib:

“Bu, sadəcə növbəti rəqibdir. Ölkələr arasında xüsusi qarşıdurma yoxdur. Amma hazırda hesab 2:0-dır, bundan sonra 3:0 olacaq”.

Qeyd edək ki, 34 yaşlı İslam Maxaçev 2022-ci ildə UFC-nin yüngül çəkidə çempionu olub və bu titulu dörd dəfə qoruyub. O, 2025-ci ildə isə yarımorta çəkidə çempionluq kəmərini qazanıb. İan Qerri ilə titul döyüşü avqustun 16-da ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirinin əsas hadisəsi olacaq.

Həmin kateqoriyadan