- Baxış sayı: 32
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

2026-cı il dünya çempionatında vurulan ən yaxşı qolun müəllifi müəyyənləşib.
Allsport.az xəbər verir ki, bu ada Kabu Verde millisinin müdafiəçisi Sidni Kabral layiq görülüb.
Kabralın Argentina ilə keçirilən 1/16 final oyununda vurduğu qol turnirin ən yaxşısı seçilib. Onun 103-cü dəqiqədə fərqlənməsi Kabu Verde yığmasına hesabı 2:2 etməyə imkan verib. Lakin komanda əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə uduzub.
Ən yaxşı qol seçimində ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü pilləni isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.
İyulun 19-da başa çatan mundialın qalibi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.