Prezident Formula-1-də fotoqraf qismində

Prezident Formula-1-də fotoqraf qismində

Çexiya prezidenti Petr Pavel Formula-1 üzrə Macarıstan qran prisində maraqlı addımı ilə diqqət çəkib.

Allsport.az xəbər verir ki, dövlət başçısı yarışda rəsmi qonaq kimi deyil, fotoqraf qismində iştirak edib.

İdman fotoqrafiyası Petr Pavelin əsas hobbilərindən biri olduğundan o, “Hunqarorinq” avtodromunda keçirilən sessiyalarda peşəkar fotoavadanlıq və Beynəlxalq avtomobil federasiyasının (FİA) akkreditasiyası ilə çəkilişlər aparıb. Prezidenti məşhur çexiyalı Formula-1 fotoqrafı Jiri Krenek müşayiət edib.

Petr Pavel daha əvvəl də “24 saat Le Man”, Dəkər rallisi və “MotoGP” yarışlarında fotoqraf kimi fəaliyyət göstərib.

Həmin kateqoriyadan