Foşandan 9 qızılla

Foşandan 9 qızılla

Çinin Foşan şəhərində vinq çun üzrə beynəlxalq turnir keçirilib.

Allsport.az saytı xəbər verir ki, ustalar arasında çisao (sərbəst döyüş) proqramında Aydın Sayadlı (60 kq), Elvin Həsənov (65 kq) və Fərid Mürsəlov (75 kq) qızıl medal qazanıblar. Taolu növündə Azər Sahibi qızıl, Emil Əliyev gümüş medal qazanıblar.

Yeniyetmələrdə çisao proqramında Məryəm Mahal (60 kq), Xədicə Həbib (65 kq) və Elmar Nəzərov (80 kq) qızıl, Elnur Kərimov (56 kq) isə gümüş medala sahib olublar. Taoluda Xalid Əliyev qızıl, Nailə Əliyeva isə gümüş mükafata yetişiblər.

Veteranlarda taoluda Asif Sayadov 1-ci yer tutub.

Həmin kateqoriyadan