3 ölkənin federasiyası ilə müqavilə

3 ölkənin federasiyası ilə müqavilə

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı çərçivəsində Azərbaycan güləş federasiyası ilə Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları arasında ikitərəfli müqavilə imzalanıb. Allsport.az xəbər verir ki, bu anlaşma institusional əlaqələrin gücləndirilməsinə, güləşin davamlı inkişafına və idman nailiyyətlərinin artırılmasına xidmət edəcək.

Sözləşməyə əsasən, milli komandalar arasında birgə təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsi, məşqçilik, hakimlik və digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq tərəfdaş federasiyalar arasında uzunmüddətli əlaqələrin inkişafına, güləşin beynəlxalq səviyyədə təbliğinə, eləcə də Azərbaycan güləşçilərinin hazırlığın təkmilləşdirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına töhfə verəcək.

Həmin kateqoriyadan