- Baxış sayı: 42
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 78
- Sentyabr 25, 2026
- 0

25 mayda U-16 oğlan milli Bursada təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.
Allsport.az xəbər verir ki, komanda təlim-məşq toplanışı çərçivəsində yerli “Tofaş” (U-16) klubu ilə hazırlıq oyununda öz gücünü sınaqdan keçirib. Matçda Ərxan Tökərin rəhbərlik ediyi yığma rəqibinə 44-71 hesabı ilə məğlub olub. Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışının ilk mərhələsi 29 mayda yekunlaşacaq.