- Baxış sayı: 69
- 18 Sentyabr 2026 14:11
- Baxış sayı: 229
- Sentyabr 17, 2026
- 0

Yon Kornianu və Ladislav Simonun xatirəsinə Buxarestdə güləş üzrə beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, xatirə yarışında ölkəmizi yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil ediblər.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında ənənəvi yarışda mübarizə aparan güləşçilərimiz 5 medal qazanıb.
Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanıb.
Millimiz komanda hesabında 2-ci yeri tutub.