Cəlil Şükürov Daşkənd qran-prisini gümüş medalla başa vurub

Özbəkistan paytaxtı Daşkənddə cüdoçuların mükafat yarışina yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi turnirin son günündə növbəti medalını qazanıb.

Cəlil Şükürov (100 kq) ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. Yarımfinalda türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə yerli Soyib Kurbonova məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünən daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) komandamıza bürünc medal qazandırmışdı.

Həmin kateqoriyadan