Cəlil Şükürov fəxri kürsünün bir addımlığında büdrədi

Slovakiya paytaxtı Bratislavada gənc cüdoçular arasında Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu yarış Elçin İsmayılov və Rəşad Məmmədovun rəhbərlik etdiyi komandamız üçün uğurlu olub. İlk 2 yarış günündə 3 medal qazanan millimiz, sonda da mükafata yaxın olub.

100 kq-da mübarizə aparan Cəlil Şükürov öz qrupunda lider olub. Yarımfinalda rusiyalı Oleq İşimova uduzan həmyerlimiz, 5-ci yerlə kifayətlənib. Zelym Kotsoyev (90 kq) 7-i pilləni tutub.

Xatırladaq ki, buna qədər Davud Məmmədov (60 kq) gümüş, Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc mükafata sahib çıxıblar.

Həmin kateqoriyadan