“Çelsi”yə sahib olmağa iddialılar siyahısına Lüis Həmilton da qoşulub

Lüis Həmilton “Çelsi” futbol klubuna sərmayə qoymağa hazırdır. Allsport.az saytı xəbər verir ki, mövcud vəziyyətə görə rusiyalı iş adamı Roman Abramoviç İngiltərə komandasının sahibliyindən imtina etmək məcburiyyətində qalıb.

Britaniyanın “Sky Sports” telekanalı, Formula-1 üzrə 7-qat dünya çempionunun və dünya şöhrətli tennisçi Serena Uilyamsın investorların “yarışında” iddialılardan olduğunu qeyd edib.

Onlar hərəyə 10 milyon funt sterlinq ödəməyə hazırlaşır. Britaniyalı iş adamı Martin Brotondan başqa, beysbol komandasının sahibi Tod Boli və İtaliyanın “Atalanta” futbol klubunun həmsahibi Stiven Palyuka da “zadəganlar”a sahib olmaq istəyirlər. Uğurlu namizəd aprel ayının sonunda seçiləcək.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan