- Baxış sayı: 43
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

Avqustun 18-20-də Bakıda Avropa və Azərbaycan Həndbol Federasiyalarının təşkilatçılığı ilə seminar keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Su İdmanı Sarayında təşkil olunacaq toplantıda EHF-in nümayəndəsi Tamas Neukum çimərlik həndbolu və onun inkişafı haqqında məşqçilərə məlumat verəcək.
Eyni zamanda, Azərbaycanda bu növ ilə tanışlıq, hazırkı vəziyyəti və tətbiq ediləcək yeni qaydalarla bağlı fikir mübadiləsi aparılacaq. Seminar çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı ilə eyni vaxtda təsadüf edəcək.