Çingiz Hüseynzadə və Məhərrən Sultanzadə Avropa Atletika Assosiyasiyasının iclasında

12-16 oktyabrda Protuqaliyanın Fuşal şəhərində Avropa Atletika Assosiyasiyasının toplantısı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirdə AAF prezidenti Çingiz Hüseynzadə və millinin baş məşqçisi Məhərrən Sultanzadə iştirak edəcəklər.

Konvensiya çərçivəsində adı çəkilən təşkilatın üzv federasiya rəhbərlərinin seminari keçiriləcək. Yığıncaqda komissiyaların üzv federasiya rəhbərlərinin 3 sessiyadan ibarət forumu keçirilməsi nəzərdə tutulur.

Əlavə olaraq, Avropa Atletika Assosiyasiyasının İcraiyyə komitəsinin üzvlərinin iclası və Baş Assambleya gündəlikdə olan məsələlər sırasındadır.

Həmin kateqoriyadan