“Çox şadam ki, ardıcıl qollar vurdum”

Azərbaycan futbolçuları beynəlxalq yoldaşlıq oyununda Skopyedə bu gün Şimali Makedoniya ilə üz-üzə gələcəklər. Allsport.az saytı xəbər verir ki, millinin kapitanı Emin Mahmudov görüşlə bağlı bunu söylərib: “Ardıcıl qələbələr qazanmaq futbolçulara əlavə inam verir. Qələbə qazanmaq çox xoş hissdir. Uğur zolağını davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq.

Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Elif Elmas, Enis Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər. Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim.

Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar”.

Həmin kateqoriyadan