“Çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam”

Beynəlxalq cüdo federasiyası Tokio oyunlarının gümüş mükafatçısı və dünya çempionu Səid Mollayinin millimizdə çıxış etməsinə rəsmi razılıq verib. Allsport.az saytı xəbər verir ki, güney azərbaycanlı ən böyük arzularından birinin həyata keçdiyini deyib:

“Ona görə Monqolustan cüdo assosiasiyası ilə müqaviləm bitdikdən sonra, özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Mən çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam.

Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris yay olimpiya oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.

Həmin kateqoriyadan