“Cüdo-2012”də yerli hakimlərə növbəti seminar

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə hakimlərə yeni qoşulanlara praktiki seminar təşkil olunub. Allsport.az saytı xəbər verir ki, “Cüdo-2012” klubunun təlim-məşq mərkəzində təşkil olunan məşğələ, AFC-in hakimlər üzrə meneceri Mətin Rəhimli tərəfindən keçirilib.

Seminar zamanı iştirakçılara qaydalar barədə nəzəri məlumatların verilməsi ilə yanaşı, qaydalar tatami üzərində də əyani olaraq da izah edilib. Federasiya tərəfindən hakimlər heyətinin peşəkarlıq səviyyəsinin məqsədi ilə mütəmadi seminarların keçirilməsi planlaşdırılır.

Həmin kateqoriyadan