“Cüdo-2012” klubunda 12 yeni hakimə təlim keçirilib

“Cüdo-2012” klubunun təlim-məşq mərkəzində hakimlərə yeni qoşulanlara seminar təşkil olunub. Allsport.az saytı xəbər verir ki, məşğələ ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər komitəsinin üzvü Arzu Acalova tərəfindən keçirilib.

Toplantıda qaydalar barədə nəzəri məlumatların verilməsi ilə yanaşı, qaydalar tatami üzərində də əyani olaraq da izah edilib. Federasiya tərəfindən hakimlər heyətinin peşəkarlıq səviyyəsinin məqsədi ilə mütəmadi seminarların keçirilməsi planlaşdırılır.

Həmin kateqoriyadan