“Cüdo-2012”də yeni qaydalar müzakirə edilib

Beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin iştirakı ilə sonuncu seminar bu gün saat 16:00-da “Cüdo-2012” klubunun təlim-məşq mərkəzində olub. Allsport.az saytı xəbər verir ki, hazırlıqda yeniyetmə millinin məşqçiləri, idmançıları həmçinin müxtəlif klub, idman cəmiyyətləri və təşkilatların baş məşqçiləri də iştirak ediblər.

Məşğələnin əsas məqsədi BCF-in tətbiq etdiyi son dəyişikliklərin hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsinə nail olmaq və bununla da, idmançılarımızın beynəlxalq və yerli yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir.

Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaqdır.

Həmin kateqoriyadan