Cüdo federasiyası budo festivalında təmsil olunacaq

Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü münasibəti ilə Bakı idman sarayında Yaponiya səfirliyinin və gənclər və idman nazirliyinin təşkilatçılığı ilə budo festivalı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, layihə çərçivəsində Yaponiya döyüş sənəti olan cüdo və başqa idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunacaq. Festival zamanı ziyarətçilərə cüdo idman növü ilə tanış olmaq imkanı yaradılacaqdır.

Tədbir saat 12:00-da başlayacaq. Giriş sərbəstdir.

Həmin kateqoriyadan