Cüdo federasiyası ilə “İdman” TV arasında əməkdaşlıq

Allsport.az saytı xəbər verir ki, müqaviləni ACF-nin baş katibi Rəşad Rəsullu və “İdman” TV-nin direktoru Rövşən Binnətli imzalayıblar. Anlaşmaya əsasən, “Dünya cüdo turu” çərçivəsində 2023 və 2024-cü illərdə bütün yarışlarının ACF-yə məxsus olan Azərbaycan ərazisindəki televiziya yayım hüququnun “İdman”a verilməsi nəzərdə tutulur.

Həmçinin cüdo federasiyasının keçirdiyi bütün yaş qrupları üzrə Azərbaycan birincilikləri və çempionatlarının final görüşləri İdman TV-də canlı yayımlanacaq. Bundan əlavə, cüdonun kütləviləşdirilməsini təmin etmək məqsədilə “İdman” TV-nin efirində bu idman növü ilə bağlı verilişin olması planlaşdırılır.

Həmin kateqoriyadan