FOTO
Cüdo federasiyası olimpiya çempionunu 50-illik yubileyi münasibətilə təbrik edib

Cüdo federasiyasında olimpiya çempionu, milli komandamızın məşqçisi Nazim Hüseynovla görüş olub. Allsport.az saytı xəbər verir ki, baş katib Elmar Babanlı təcrübəli mütəxəssisi 50 yaşı tamam olması münasibəti ilə təbrik edib. O, federasiya rəhbərliyi və ölkə cüdo ictimaiyyətinin adından onu təbrik edib, cansağlığı, uzun ömür, Azərbaycan idmanının inkişafında yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra ACF-in xüsusi hədiyyəsi yubilyara təqdim edilib. Nazim Hüseynov təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib. Qeyd edək ki, Nazim Hüseynov dünyanın tanınmış cüdoçularından biri olaraq azarkeşlərin yaddaşında dərin iz buraxmış və onların sevimlisinə çevrilib.

Barselona-1992-nin qalibi olaraq müstəqil Azərbaycanın ilk olimpiya çempionu kimi tarixə düşüb. Dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Nazim Hüseynov ölkə cüdosunun inkişaf etməsi və cahanda tanınması istiqamətində mühüm xidmətlər göstərir.

Həmin kateqoriyadan