FOTO
Cüdo federasiyasında gərginlik: yeni istefalar və qopmalar var

Cüdo federasiyasında istefaya göndərilmələr davam edir. Bir müddət öncə qadın millimizin baş məşqçisi İbadulla Şahbanov vəzifəsindən uzaqlaşdırılaraq, onun yerinə SSRİ idman məktəbinin yetirməsi Elçin İsmayılov gətirilib. Yeni rəhbərliyin dəyişikliyi bununla yekunlaşmayıb.

Allsport.az saytına daxil olan xəbərə görə, yeniyetmələrdən ibarət yığmamızın çalışdırıcısı Zaur Babayev də postundan kənarldaşdırılıb. Buna razı olmayın həmin yaş qrupu üzrə baş məşqçi Elçin İsmayılov könüllü istefa verib.

İşdən çıxarılmalar gənclərdə də davam edib. Daim nəticə verən baş məşqçi Rəşad Məmmədov və məşqçi Rəşad Həsənova qapı göstərilib. Sözü gedən çalışdırıcıların yrinə kimlərin təyin olunması ilə bağlı hələ federasiya rəsmi məlumat yaymayıb.

 

Həmin kateqoriyadan