Cüdo federasiyasının loqosu dəyişib

Azərbaycan cüdo federasiyasının loqosu dəyişib. Allsport.az saytı xəbər verir ki, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdo idman növünün yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və həmçinin, bu idman növü üzrə mövcud olan son trendlər əsas götürülüb.

Loqonun modern cizgiləri özündə “A” və “J” hərflərini əks etdirir ki, bu da “Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri kimi “tai-otoshi” – 2 cüdoçunun çiyin atışı fəndi loqoda vizuallaşdırılıb.

Həmin kateqoriyadan