Cüdo federasiyasının nümayəndələri Qəbələdə olub

Cüdo federasiyasının rəsmiləri Qəbələ İdman Klubunda bu növlə məşğul olan idmançılarla görüşüblər. Allsport.az saytı xəbər verir ki, çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi qeyd edərək, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qəbələ, İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Həmin kateqoriyadan