Cüdo federasiyasının prezidenti Qaxda məşqçilər və idmançılarla görüşüb

Qaxda 50 nəfərə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur. Allsport.az saytı xəbər verir ki, Rəşad Nəbiyev bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

ACF prezidenti cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin fəaliyyətin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Görüş zamanı ACF prezidenti regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb və müvafiq qərarlar verilib.

Həmin kateqoriyadan