Cüdo federasiyasının prezidenti Qubada yeniyetmə və gənclərlə görüşüb

ACF prezidenti Rəşad Nəbiyev Qubada məşqçilər və cüdoçularla görüşüb. Allsport.az saytı xəbər verir ki, bu rayonda adı çəkilən idman növü ilə 330-a yaxın yeniyetmə və gənc məşğul olur.

Federasiya prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan cüdo federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Həmin kateqoriyadan