Cüdo hakimləri üçün seminar

ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli tərəfindən “Cüdo-2012” klubunda seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə tatamidən çıxışlar, rəqibi itələyərək “işçi zona”dan çıxartma hallarının araşdırılması, həmçinin “dayvinq” vəziyyəti ilə bağlı hakimlərə məlumat verilib. Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Bununla yanaşı, aparıcı hakimlərimizin iştirak etdiyi seminarda yarışların daha dəqiq və səmərli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilib. Seminarda ACF-in prezidentinin müşaviri Natiq Bağırov iştirak edərək öz tövsiyələrini verib.

Seminarın təşkil olunması hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır. Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan