Cüdo hakimlərimiz İtaliyada beynəlxalq seminarda iştirak edib

Romada məşqçilər və hakimlər üçün beynəlxalq seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə biz də təmsil olunmuşuq. Beynəlxalq dərəcəli hakimlər Valeh Məhərrəmov və Nazim Umbayev toplantının işində iştirak ediblər.

Beynəlxalq seminarda bu ilin əvvəlində Bakıda qəbul olunan yeni qaydalar müzakirə olunub. Əsasən praktiki olaraq keçirilən məşqlərdə bütün hakimlərin səviyyəsi yoxlanılıb və yarış, hakimlıik qaydaları haqqında geniş məlumatlar verilub. Sonra italiyalı idmançıların iştirakı ilə yarış keçirilib və hər bir hakim oyunları idarə edib.

Qeyd edək ki, seminara qatılan Avropanın tanınmış cüdo mütəxəssisləri Bakıda keçirilən beynəlxalq seminar və “Böyük dəbilqə”dən bəhs ediblər, hər iki tədbirin yüksək səviyyədə keçirilməsindən, eləcə də təşkilatçılıqdan razı qaldıqlarını ifadə ediblər.

Həmin kateqoriyadan