FOTO
Cüdo idman zallarının maddi-texniki bazası yaxşılaşdırılır

ACF ölkəmizdə cüdo idman növünün kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin sağlam həyat tərzinin formalaşdırılması və onların müasir standartlara cavab verən idman zallarında məşğul olmaları üçün hərtərəfli tədbirlər həyata keçirir. Allsport.az saytı xəbər verir ki, Bakıda və regionlarda cüdo idman zallarının maddi-texniki təminatın möhkəmləndirilməsi, yeni cüdo zallarının tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir avadanlıqlar ilə təchiz edilməsi istiqamətində işlər görülür.

Bu tədbirlər çərçivəsində, ACF hazırda ölkədə fəaliyyət göstərən cüdo idman zallarının maddi-texniki bazasının yaxşılaşdırılması üçün həyata keçirdiyi layihə çərçivəsində ölkəmizin 30-a yaxın şəhər və rayonunda 50-yə yaxın cüdo idman zalına 3000 ədəddən çox cüdo tatamisinin paylanmasını həyata keçirməkdədir. Bugünə qədər artıq 37 cüdo idman zalına 2000 ədəddən çox cüdo tatamisi paylanılıb. Bu təşəbbüs nəticəsində qeyd edilən idman zallarında təxminən 600 nəfər idmançı ödənişsiz olaraq cüdo idman növü ilə məşğul olacaqlar.

Ölkədə cüdonun inkişafını və daha çox uşaqların, yeniyetmələrin və gənclərin cüdo idman növünə cəlb olunması məqsədi ilə respublikanın bütün regionlarında şəraitin yaxşılaşdırılması bundan sonra da ACF-in fəaliyyətinin prioritet istiqaməti olaraq qalacaqdır.

Həmin kateqoriyadan