Cüdo millimiz finalda Fransanı yenib Avropa çempionu oldu

Cüdo millimiz finalda Fransanı yenib Avropa çempionu oldu

25 iyunda Portuqaliyanın Odivelas şəhərində yeniyetmələrin Avropa çempionatının qarışıq komanda yarışında millimiz ilk görüşdə Niderlandı 4:1, 2-ci görüşdə Almaniyanı 4:2 və yarımfinalda İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib.

Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.

Bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medaldır.

Millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yer tutub.

Həmin kateqoriyadan