Cüdo millimiz Macarıstanda təlim-məşq toplanışındadır

Cüdoçulardan ibarət millimiz Macarıstanda səfərdədir. Allsport.az saytı xəbər verir ki, komandamızın aparıcı üzvləri Tata şəhərində təlim-məşq toplanışındadır.

Baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə keçirilən çalışmalara Vüqar Şirinli (66 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Tural Səfquliyev (90 kq), Elxan Məmmədov (100 kq), Elmar Qasımov (100 kq) və Uşaqi Kokauri (+100 kq) qatılıblar.

Yığçmamızın Macarıstan səfəri aprelin 8-də yekunlaçacaq.

Həmin kateqoriyadan