Cüdo millimiz Rio-2016-ya Stayki olimpiya bazasında hazırlaşır

Rio-2016-ya 7 mümkün vəsiqədən 6-sını qazanan usta cüdoçulardan ibarət millimiz, artıq olimpiya oyunlarının hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Peter Zayzenbaxer təlim-məşq toplanışınının ilk mərhələsi üçün məkan olaraq Belarusu seçib.

Hazırda tatami ustalarımız paytaxt Minsk civarında yerləşən məşhur Stayki olimpiya bazasındadır. Yığma üzvləri yaradılan şəraitdən məmnun görünürlər. Bunu onların Facebookda paylaşdığı şəkildən anlamaq mümkündür.

Həmin kateqoriyadan