- Baxış sayı: 34
- 02 Sentyabr 2026 23:31
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0
Bu gün Türkiyənin Samsun şəhərində cüdoçular arasında böyük mükafat turnirinə start verilib. Allsport.az xəbər verir ki, bir həftə öncə Tiflisdə keçirilən eyni yarışda uğurlu çıxış edən millimiz, bunun davamını Anadoluda gətirib.
60 kq-da mübarizə aparan Orxan Səfərov finala qədər itkisiz irəliləyib. Qızıl medal uğrunda görüşdə onun qabağını Şərafəddin Lütfillayev kəsib. Orxanın «yuko» xalına, özbəkislanlı idmançı «vazari» ilə cavab verib. Nəticədə, tatami ustamız «gümüş»lə kifayətlənib.
Sabah rəqabətə Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi – 73 kq), Əbdülhaqq Rəsullu və Rüstəm Alimli (81 kq) qoşulacaqlar. Turnirə biri gün yekun vurulacaq.