Cüdo millimizdə güney azərbaycanlı

Səid Mollai tərəfindən cüdo millimizdə çıxış etməsi ilə bağlı ACF-ə müvafiq müraciət daxil olub. Allsport.az saytı xəbər verir ki, bununla bağlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub.

Seçmənin qitə çempionatına hazırlıq məqsədi ilə keçirilən təlim-məşqində iştirak edib, həmçinin müvafiq tibbi müayinələrdən keçirilib. Hazırda onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti federasiya rəhbərliyi tərəfindən dəyərləndirilir və buna son icazəni verməli olan BCF ilə müvafiq məsləhətləşmələr aparılır.

30 yaşlı soydaşımız 2019-cu ildə Tokioda dünya çempionatında İsrail təmsilçisi Saqi Muki ilə final görüşünə çıxmamaq üçün, İran tərəfindən təzyiqlə üzləşib. O bu səbəbdən belçikalı Matias Kassla yarımfinal görüşünə çıxmayıb. Ancaq sonradan yerli qurumları tənqid edən Səid Mollai, həmin ilin avqustunda Almaniyaya mühacirət edib.

O, Tokio-2020 olimpiadasında Monqolustanı təmsil edib. 81 kq-da idmançımız Murad Fətiyevə 1/8 finalda “qızıl xal” ilə qalib gəlib və yekunda gümüş medal qazanıb.

Həmin kateqoriyadan