Cüdo millisinin baş həkimi BOK-un təkmilləşdirmə kursunda iştirak edib

İsveçrənin Lozanna şəhərində beynəlxalq olimpiya komitəsinin elm və tibb komissiyasının təşkilatçılığı ilə 13-cü komanda həkimləri təkmilləşdirmə kursu keçirilib. Allsport.az saytı xəbər verir ki, dünyanın 50 ölkəsindən 85 loğmanın qatıldığı kursda Azərbaycanın cüdo millisinin baş həkimi Ramil Vəliyev də iştirak edib.

Kursun əsas məqsədi öndə gedən idman həkimlərini bir araya gətirərək, onların arasında kommunikasiyanı gücləndirmək və təcrübələrini bölüşmələri üçün şərait yaratmaqdır. Kurs zamanı idmançıların qarşılaşdığı zədələr və xəstəliklər ilə bağlı mühazirələr dinlənilib, eyni zamanda idmançıların müalicəsi, diaqnostikası və digər mövzular haqqında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan