Cüdo millisinin məşqçilərinə “Stresin idarə olunması” mövzusunda təlim

Allsport.az saytı xəbər verir ki, məşğələ peşəkar psixoloqlar Orxan OrucZümrüd Əkbərova tərəfindən keçirilib. Seminar müddətində idman yarışlarında psixoloji hazırlığın vacibliyi haqqında ətraflı məlumat verilib, məşqçilərin idmançıların psixi sağlamlıqlarına, yarışdan öncə və yarışdan sonra psixoloji vəziyyətinin yaxşılaşdırılması təsir imkanları müzakirə edilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb. Təlimin əsas məqsədi beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançıların psixoloji hazırlıq səviyyəsinin artırılması üçün məşqçilərin əlaqədar bilik və bacarıqlarının artırılması və bu istiqamətdə gələcək fəaliyyətlərin müəyyənləşdirilməsindən ibarət olub.

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə gələcəkdə də məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan