Cüdo millisinin üzvləri şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş 2-ci Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. Allsport.az saytı xəbər verir ki, insanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib. Cüdo üzrə kişilərdən və qadınlardan ibarət milli üzvləri də şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.

Qeyd edək ki, sükut dəqiqəsi prezident İlham Əliyevin şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncamı ilə elan olunub. Qarabağ savaşında silahlı qüvvələrimizin 2783 əsgəri həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.

Həmin kateqoriyadan