Cüdo üzrə Bakı birinciliyinin qalibləri

FHN-nin Hövsandakı idman kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq çempionatının bütün qalibləri məlum olub.

Allsport.az xəbər verir ki, 2 gün davam edən yarışda paytaxtın 27 klubundan 235 cüdoçu medallar uğrunda mübarizə aparıb. Şəhər çempionatında fərqlənən cüdoqi ustaları gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıb. Paytaxt çempionatının qaliblərini sizə təqdim edirik:

-60 kq Vəlizadə Qasım
-66 kq Heydərli Murad
-73 kq Şəfiyev Elcan
-81 kq Məmmədov Kərim
-90 kq Ağakişiyev İbrahim
-100 kq Bəşirov Natiq
+100 kq Məmmədov Hüseyin
Qadınlar
-48 kq Həmidova Şəfəq
-52 kq Qədirova Səbinə
-57 kq Hacıyeva Gülcahan
-63 kq Bağırzadə Günel
-70 kq Baxışova Aidə
-78 kq Əmirli Nərmin
+78 kq Kərimova Rəvanə.

Həmin kateqoriyadan