Cüdo üzrə bölgə yarışı Naftalanda davam edib

Naftalanda cüdo federasiyasının dəstəyi ilə 2 gün ərzində region birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, Aran-Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular 2 yaş qrupu üzrə çıxış ediblər. Qaliblərə diplomlar, medallar və hədiyyələr verilib. Aran-Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Mingəçevirdə davam etdiriləcək.

U-15 qızlar: Ədilov Fəxri (30 kq), Əhmədov Rəvan (34 kq), Aslanov Hüseyn (38 kq), Böyükkişiyev Emin (42 kq), Zeynalzadə Allahverdi (46 kq), Nəsirov Vaqif (50 kq), Ramazanov Nihad (55 kq), Talıblı Feyruz (60 kq), Dadaşov Sənan (66 kq), Axanqarı İslam (+73 kq);

U-15 qızlar: Əmiraslanova Aydan (28 kq), Bayramova Zeynəb (32 kq), Şərbətova Zeynəb (40 kq), Xəlidzadə Zəhra (48 kq), Nuruşova Bahar (57 kq), Qurbanova Leyli (+63 kq);

U-18 oğlanlar: Hümbətli Nihad (46 kq), Əhmədli Rəvan (50 kq), Nəsibov İsmayıl (55 kq), Sadıqov Samir (60 kq), İsgəndərli Nihad (66 kq), Göyüşov Pünhan (73 kq), Əliyev Kənan (81 kq), Quliyev Vüsal (90 kq), Nağıyev Elnur (+90 kq);

U-18 qızlar: Məmmədova Nazilə (44 kq), Hidayətli Nəzrin (52 kq), Abdullayeva Pərvanə (63 kq), Cəbrayılova Fatimə (70 kq).

Həmin kateqoriyadan