Cüdo üzrə dünya çempionatının möhtəşəm açılışı keçirildi

Bu gün Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılışı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkə başçısı İlham Əliyev və ailəsi iştirak etdilər.

Mərasimdə çıxış edən ACF-in prezidenti Rövnəq Abdullayev ölkəmizdə idman sahəsində güclü şərait yaradıldığını dedi, Bakı-2015 1-ci Avropa və Bakı-2017 İslam oyunlarının, Ümumdünya Şahmat Olimpiadası və Formula1 və digər yarışlarının yüksək səviyyədə təşkil edildiyini söylədi. Bildirdi ki, nəticələrdən asılı olmayaraq, bu çempionat gələnlərin xatirəsində xoş ovqat yaradacaq.

İJF-in rəhbəri Marius Vizer, öz növbəsində, ölkəmizdə cüdonun uğurundan söz açdı, komandamızı təriflədi. Çıxışlar bitdikdən sonra, dövlət himni səsləndi və Azərbaycan prezidenti yarışı açıq elan etdi. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olundu. Sonra Azərbaycan incəsənət xadimlərinin məxsusi çıxışları baş tutdu. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı oldu.

Həmin kateqoriyadan