Cüdo millisində yerlinin yerinə yeni əcnəbi böyük məşqçi

Azərbaycan cüdo federasiyası kişilərdən ibarət milli yığma komandasının böyük məşqçisi vəzifəsinə almaniyalı mütəxəssis Slavko Tekiçi dəvət edib. O, 1 avqust 2023-cü ildən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq. Əcnəbi, “Dinamo” idman cəmiyyətinə rəis təyin olunan Mövlud Mirəliyevi əvəzləyəcək.

Allsport.az xəbər verir ki, yeni böyük məşqçi Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildən başlayıb və 1996-cı ildən etibarən Almaniyada fəaliyyətini davam etdirib. 1999-cu ildə Almaniyanın Hamburq federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan milli yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb.

2017-ci ildə Almaniya cüdo federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb.

Slavko beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və tətbiqi üzrə geniş təcrübəyə malikdir.

Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Həmin kateqoriyadan