Cüdo yığmalarında məşqçi təyinatları olub

Cüdo yığmalarında təyinatlar olub. Allsport.az saytı xəbər verir ki, Elxan Məmmədov gənclərdən ibarət milliyə baş məşqçi təyin edilib. Dünya və Avropa çempionu 5 aylıq fasilədən sonra yenidən işinə qayıdıb. Ona Elxan RəcəbliRüstəm Alimli kömək edəcəklər.

Böyüklərdən ibarət yığma komandada Mövlud Mirəliyev baş məşqçi, Elçin İsmayılov böyük məşqçi kimi işlərini davam etdirəcəklər. Mehman ƏzizovZaur Babayev bu sırada olacaqlar.

Ramiz Ramizzadə yeniyetmələrdən ibarət seçmədə qalıb. Nicat ŞıxəlizadəEmin İsgəndərov onun köməkçiləri kimi işləyəcəklər.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Rəşad Məmmədov, köməkçisi İmamverdi Məmmədov olacaq. Gənclərdə isə onun köməkçiləri Vüqar Hüseynov, Kifayət Qasımova, yeniyetmələrdə isə Elnur İsmayılov olacaq.

Həmin kateqoriyadan