- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Almaniyanın Potsdam şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb. Allsport.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan tağımı 4 medal qazanıb.
60 kq-da Məhəmməd Musayev bürünc medal qazanıb. O, rumıniyali Aleksandr Mateyə qalib gəlib. Digər bürüncə Aydın Rzayev (66 kq) yiyələnib. Aleks Kasradzeni (Gürcüstan) məğlub edib.
Nəriman Mirzəyev (73 kq) fəxri kürsüdə yer alıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə almaniyalı rəqibinə qalib gəlib.
Qadınlarda Aydan Vəliyeva (52 kq) da bürünc mükafata yetişib.