Cüdoçular Göygöldə dünya çempionatına hazırlığı davam etdirir

7-13 mayda Qətərın paytaxtı Dohada dünya çempionatına hazırlığın son mərhələsinə start verib. Allsport.az saytı xəbər verir ki, 22 apreldən etibarən Göygöl olimpiya idman kompleksində böyüklərdən və gənclərdən ibarət yığma komandaların birgə təlim-məşqi keçirilir.

Ustalardan ibarət yığmada 42, gənclərdə 32 nəfərin iştirak etdiyi toplanış 29 aprelə qədər davam edəcək. Cüdoçuların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Prosesə ACF-in vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Mövlud Mirəliyev, Mehman ƏzizovElçin İsmayılov, böyük performans təhlilçi Zaur Babayev, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və çalışdırıcı Elxan Rəcəbli rəhbərlik edirlər.

Həmin kateqoriyadan