- Baxış sayı: 48
- 22 İyun 2026 10:05
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

23-24 fevralda Bakı idman sarayında 2 dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə cüdoçuların ənənəvi 39-cu beynəlxalq yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi, Bakı şəhər gənclər və idman baş idarəsi və cüdo federasiyasının birgə təşkilatçılığı ilə turnirdə müxtəlif ölkələrdən 300-ə yaxın idmançı mübarizə aparacaq.
Tədbirin keçirilməsində məqsəd xalqımızın qəhrəman insanlarından olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi, ən güclü idmançıların aşkar edilməsindən ibarətdir.