- Baxış sayı: 41
- 17 İyul 2025 16:58
- Baxış sayı: 219
- İyul 17, 2025
- 0
Azərbaycan cüdoçuları 31 may–1 iyunda Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında mübarizə aparacaq.
Allsport.az xəbər verir ki, qitə yarışında ölkə 4 idmançı ilə təmsil olunacaq. Təmsilçilər “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər.
Turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.
Nage-no-Kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
Katame-no-kata
Rafiq Nəcəfov – tori
Seymur Məcidli – uke