Cüdoçular Türkiyədə təlim-məşq toplanışında iştirak edir

Allsport.az xəbər verir ki, Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 23 üzvü və gənclərdən ibarət milli yığma komandasının 14 üzvü qatılıb.

Cüdoçulara Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark Vander Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi

rəhbərlik edir.

Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Həmin kateqoriyadan